Tərbiyəçi-müəllimlərlə görüş keçirilib
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən icma qruplarında çalışan tərbiyəçi-müəllimlərlə və icma qruplarının təşkil olunduğu ümumi təhsil müəssisələrinin direktorları ilə görüş təşkil edilmişdir.
Görüş zamanı yeni tədris ilində qarşıya qoyulan hədəflər, görüləcək işlər və icma qruplarında həyata keçiriləcək monitorinqlər müzakirə olunmuşdur.
Eyni zamanda, yeni yaradılmış icma qruplarında fəaliyyətə başlayan tərbiyəçi-müəllimlərə layihə barədə ətraflı məlumat verilmiş və sonda onların maraqlandıran sualları cavablandırılmışdır.
Yeni Şərh