"Sehrli Novruz" adlı möhtəşəm bayram konserti bu dəfə Şabran rayonunda keçirildi.
7 mart 2025-ci il tarixində Şabran rayonunda Şabran Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Sehrli Novruz" adlı möhtəşəm bayram konserti keçirilmişdir.
Bayram konsertində Şabran rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin təqdimatında milli adət-ənənələrimiz, milli mətbəximizi özündə əks etdirən sərgilər təşkil olunmuşdur. Daha sonra Quba və Şabran rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin və Şabran rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinin şagirdlərinin maraqlı çıxışları nümayiş etdirilmişdir.
Bayram konsertinin təşkil olunmasında məqsəd Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı, habelə milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi şagirdlərə aşılamaqdır.
Yeni Şərh