“Konstitusiya və Suverenlik İli” çərçivəsində hesabat konserti keçirilib

22 dekabr 2025-ci il tarixində Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsi və Quba rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində hesabat konserti keçirilib.

Tədbirin əsas məqsədi şagirdlərdə milli-vətəndaşlıq şüurunun formalaşdırılması, Konstitusiyanın əhəmiyyətinin və dövlət suverenliyinin qorunmasının dərk etdirilməsi, onların hüquqi biliklərinin artırılması və məsuliyyətli vətəndaş kimi yetişdirilməsidir.

Tədbir çərçivəsində mərkəzlərin istedadlı dərnək üzvlərinin əl işləri və rəsmlərindən ibarət sərgiyə baxış keçirilib, fəal iştirak edən şagirdlərə diplomlar təqdim olunub.

Daha sonra bədii hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gənc istedadlar müxtəlif səhnəciklər, rəqs və musiqi nömrələri ilə çıxış ediblər. Təqdim olunan bütün çıxışlar və rəqslər vətənpərvərlik ruhunda hazırlanıb, uşaqların milli dəyərlərə bağlılığı və yaradıcılıq bacarıqları nümayiş etdirilib.