“Yeni ilə yeni ümidlərlə” adlı tədbir keçirilib

Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi və Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yeni ilə yeni ümidlərlə” adlı tədbir keçirilib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin müavini və nümayəndələri, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət mərkəzinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir zamanı çıxış edən qonaqlar yeni ilin ölkəmizə sülh, inkişaf və uğurlar gətirməsi ilə bağlı xoş arzularını bildiriblər. Şagirdlərin hazırladığı bədii çıxışlar, musiqi nömrələri və səhnəciklər tədbirə xüsusi rəng qatıb. Bayram proqramı iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA