Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şabran rayon icra hakimiyyətinin əməkdaşları, müəssisə rəhbərləri, şəhid ailələri, valideynlər və şagirdlər iştirak ediblər. Çıxış edən qonaqlar Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığından, onun vətənpərvərlik ruhu aşılayan əsərlərindən, Azərbaycan ədəbiyyatındakı müstəsna xidmətlərindən bəhs ediblər.
Tədbir proqramı çərçivəsində şairin şeirləri şagirdlər tərəfindən səsləndirilib, onun sözlərinə yazılmış musiqi əsəri dərnək üzvlərinin iştirakı ilə ifa olunub. Eyni zamanda, Bəxtiyar Vahabzadənin məşhur “Ata və oğul” şeiri şagirdlərin təqdimatında səhnələşdirilib və tamaşa iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Yeni Şərh