Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Xudat şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkı əsaslı təmirdən sonra istifadəyə verilib. Parkda müasir istirahət və əyləncə şəraiti yaradılıb, yaşıllaşdırma, işıqlandırma və abadlıq işləri aparılıb, fəvvarə yenilənib.
Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə sakinlər bayram münasibətilə təbrik olunub, rayonda həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edilib.
Bayram tədbirinin bədii hissəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii özfəaliyyət dərnəkləri və uşaq musiqi məktəblərinin kollektivləri xüsusi hazırlanmış musiqili proqramla çıxış edərək tədbirə rəng qatmışlar.
Yeni Şərh