Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən inklüziv təhsil təşkil olunan təhsil müəssisələrinin əhatə dairəsinin genişləndirilməsi və sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsinə xüsusi diqqət ayrılır.
Belə ki, şagirdlərin keyfiyyətli təhsil almaq hüququnun dəstəklənməsi, inklüziv təhsil təşkil olunan ümumtəhsil müəssisələrinin əhatəsinin genişləndirilməsi məqsədilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 29 yeni məktəbdə inklüziv siniflər təşkil edilib və bu məktəblər korreksiya edici pedoqoqlarla təmin olunub.
Ümumilikdə ölkə ərazisində 67 məktəbdə inklüziv siniflər təşkil edilib, 362 sağlamlıq imkanları məhdud şagirdə "Fərdi Tədris Planları" hazırlanıb və 42 inklüziv sinif təşkil edilmiş məktəbdə loqoped-müəllim işə cəlb olunub.
41 inklüziv məktəb köməkçi otaqda tələb olunan avadanlıqlarla və əyani vəsaitlərlə təmin olunub.
Məktəbəqədər xüsusi təhsil müəssisələrinin fəaliyyətininin təkmilləşdirilməsi planı hazırlanıb. Plana uyğun olaraq məktəbəqədər xüsusi təhsil müəssisələrində ümumi təyinatlı qruplar açılıb.
Xüsusi təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə 71 məktəb və 562 nəfər pedaqoq təlimlərə cəlb olunub.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün təyin edilmiş diaqnozun dəqiqləşdirilməsi, bunun əsasında müvafiq qiymətləndirilmənin aparılması, qərar qəbul edilməsi və valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlərin verilməsi məqsədilə fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiyanın (PTPK) elektron sistemi yaradılıb.
Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə eşitmə və görmə qabiliyyəti məhdud olan uşaqlar üçün brayl əlifbası və latın qrafikalı işarət dili əlifbası ilə kitablar çap edilib.
Sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar fəaliyyətə cəlb olunması üçün yeni konsepsiya hazırlanıb.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud hər bir şagirdin “Fərdi tədris planı”nın həyata keçirilməsi əsas prioritetlərdəndir. Tədris ili ərzində şagirdin fərdi ehtiyaclarına uyğun olaraq sinifdə və sinifdən kənarda ediləcək fiziki mühit tənzimləmələri əlavə edilməsi nəzərdə tutulub.
Yeni Şərh