18 fevral 2025-ci il tarixində Qusar rayonu Uşaq İncəsənət məktəbində muğam və xalq çalğı alətləri müsabiqəsi keçirilmişdir
Müsabiqə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında təşkil olunmuşdur.
İştirakçılar, xalq çalğı alətlərinin müxtəlif növləri və xalq mahnıları üzrə çıxış etmiş, münsiflər heyəti isə onların çıxışlarını əsasnamədə nəzərdə tutulan meyarlar üzrə qiymətləndirmişdir.
Müsabiqənin nəticələrinə əsasən, iki yaş qrupu üzrə I, II, və III yerin qalibləri Quba-Xaçmaz Regional Təhsil İdarəsinin diplomları ilə təltif olunacaqlar.
Yeni Şərh