Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Xaçmaz şəhəri Bəybala Rəsulov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, region üzrə fəaliyyət göstərən yaradıcılıq yönümlü məktəbdənkənar təhsil müəssisələrinin kollektivləri, şagirdlər, eləcə də ziyalılar, şair və yazıçılar iştirak ediblər.

Tədbir çərçivəsində Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub. Eyni zamanda məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri tərəfindən hazırlanmış bədii kompozisiyalar və musiqili çıxışlar təqdim edilib.

Təxminən 150 nəfərin iştirak etdiyi tədbir Səməd Vurğunun zəngin ədəbi irsinin gənc nəslə tanıdılması və milli-mənəvi dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edib.