Evdə təhsilə alan şagirdlərin məktəbdənkənar fəaliyyətlərinin genişləndirilməsi məqsədilə onlayn görüşlər davam etdirilir
Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən evdə təhsil alan şagirdlərin sosial inteqrasiyasına, ünsiyyət bacarıqlarının inkişafına və yaradıcılıq potensiallarının üzə çıxarılmasına dəstək məqsədilə Microsoft Teams platforması üzərindən onlayn qaydada görüşlər təşkil olunur.
Növbəti görüş çərçivəsində şagirdlərə nağıl qəhrəmanının təqdimatında nağıl səsləndirilmişdir. Səmimi və maarifləndirici mühitdə keçirilən görüşdə şagirdlərin maraq dairələri nəzərə alınmış, onların fəal iştirakı təmin olunmuşdur.
Yeni Şərh