Oktyabrın 1-dən 2024-2025-ci tədris ili üzrə dövlət ümumtəhsil müəssələrində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında məşğələlər başladı.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 5 593 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub.
Məktəbəhazırlıq qruplarının məqsədi beşyaşlı uşaqların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.
Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyən edilir.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına 5 yaşı 2023-cü ildə tamam olan uşaqlar qəbul edilirlər.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #məktəbəqədərhazırlıq





Yeni Şərh