Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə maarifləndirici və əyləncəli tədbirlər keçirilmişdir.

Balacalar ana dilimizə həsr olunmuş şeirlər söyləmiş, mahnılar ifa etmiş və müxtəlif səhnəciklərlə çıxış etmişlər. Tədbirlərin keçirilməsində əsas məqsəd uşaqlarda ana dilinə sevgi, düzgün danışıq bacarığı və milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması olmuşdur.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ