Diaqnostik qiymətləndirmə ilə bağlı görüş keçirilib.

Oktyabrın 1-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu üzrə məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti ilə pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilli tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün təşkil olunacaq diaqnostik qiymətləndirməyə dair görüş keçirilib.

Görüşdə məktəbəqədər təhsil müəssisələrinin metodist və tərbiyəçi-müəllimləri iştirak ediblər.

Maarifləndirici sessiyada diaqnostik qiymətləndirmənin çərçivə sənədi, məqsədi, onun keçirilməsi ilə bağlı texniki məsələlər müzakirə edilib və suallar cavablandırılıb.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ