Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə daxili keyfiyyət təminatı qiymətləndirilməsi komissiyalarının yaradılması ilə bağlı görüş keçirilmişdir.

Görüş zamanı daxili keyfiyyət təminatı mexanizmlərinin tətbiqi, özünüqiymətləndirmə prosesinin təşkili, monitorinq və qiymətləndirmə meyarları ətrafında geniş müzakirələr aparılmışdır.

Eyni zamanda müəssisələrdə təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, idarəetmədə şəffaflığın təmin olunması, valideyn məmnunluğunun öyrənilməsi və inkişaf planlarının hazırlanması istiqamətində təhlillər aparılmış, direktorların fikir və təklifləri dinlənilmişdir.

Görüşün sonunda daxili keyfiyyət təminatı qiymətləndirilməsi komissiyalarının fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilmiş, prosesin vahid yanaşma əsasında həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.