Məktəbəqədər təhsil müəssisələrində monitorinq nəticələri müzakirə olunub

"DEPOT" MMC tərəfindən cari ilin fevral və mart ayları ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinqlərin yekunları ilə bağlı hesabat görüşü keçirilib.

Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin maliyyə sektorunun müdiri Aqil Ağayev, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və digər əlaqədar şəxslər iştirak ediblər.

Monitorinq zamanı müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, qarşıya qoyulan vəzifələr və gələcək fəaliyyət planları ətrafında geniş fikir mübadiləsi aparılıb.