Məktəbəqədər təhsil müəssisələrinin elektron sisteminə sağlamlıq haqqında tibbi arayışlar inteqrasiya olunur
Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı tələb olunan sağlamlıq haqqında tibbi arayışların elektronlaşdırılması təmin edilib. Belə ki, tibbi arayışlar birbaşa “Məktəbəqədər Təhsil Müəssisələrinə Uşaqların Qəbulu” elektron sisteminə ötürüləcək.
Tibbi arayışın əldə edilməsi prosesi aşağıdakı qaydada həyata keçirilir:
Məktəbəqədər təhsil müəssisəsinə qəbul olmuş uşağın valideyni (digər qanuni nümayəndəsi) elektron sistemdə müraciəti qəbul edildikdən sonra sağlamlıq haqqında tibbi arayışını əldə etmək üçün müvafiq poliklinikaya müraciət edir.
Müayinə tamamlandıqdan sonra arayış 48 saat ərzində bq.edu.az portalında valideynin şəxsi kabinetinə və təhsil müəssisəsinin sisteminə əlavə olunur.
Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri sağlamlıq haqqında tibbi arayışları elektron sistem üzərindən əldə edə bilərlər.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisəsinə qəbul olan uşağın valideyni (digər qanuni nümayəndəsi) bq.edu.az portalına daxil olaraq elektron tibbi sağlamlıq arayışını əldə edə bilər.
Yeni Şərh