Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüş rəhbər vəzifələrdə çalışan şəxslərin səriştələrini, xüsusilə pedaqoji liderlik bacarıqlarını qiymətləndirmək və inkişaf ehtiyaclarını müəyyənləşdirmək məqsədilə 25 oktyabr 2025-ci il tarixində keçiriləcək diaqnostik qiymətləndirmə barədə məlumatlandırmaq üçün təşkil olunub.

Tədbir zamanı iştirakçılara diaqnostik qiymətləndirmənin keçirilmə qaydaları və çərçivə sənədi haqqında ətraflı məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA