Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır📢

29 avqust tarixində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

5593 namizədin iştirakı planlaşdırılan müsabiqə 29 imtahan mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

#ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #Müəllim #EduAzİRM #TMİQ2025 #Tərbiyəçi-müəllim