Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 58 məktəbəqədər təhsil müəssisəsində “Musiqi” mövzusunda məşğələ aylığı keçirilib.
Aylıq çərçivəsində uşaqların musiqi duyumunun, ritm hissinin və yaradıcılıq qabiliyyətlərinin inkişafına yönələn məşğələlər təşkil olunub. Tədbirlər uşaqların musiqiyə marağının artırılmasına və onların estetik zövqünün formalaşdırılmasına xidmət edib.
Yeni Şərh