Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəsmi açıqlaması

Bəzi KİV-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Siyəzən rayonu Yenikənd kənd Vüqar Qasımov adına tam orta məktəbin yararsız vəziyyətdə olması ilə bağlı bir sıra informasiyalar yayımlanıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi olaraq bildirik ki, Siyəzən rayonu Yenikənd kənd Vüqar Qasımov adına tam orta məktəbdə mövcud vəziyyətlə bağlı adiyyatı üzrə müvafiq qurumlara məlumat verilib. Yaxın vaxtlarda təmir-tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə şagirdlər yaxınlıqdakı məktəblərə yerləşdiriliblər. Onların nəqliyyat vasitəsilə həmin təhsil müəssisələrinə daşınması Elm və Təhsil Nazirliyi tərəfindən təmin edilir.

Qeyd edək ki, ötən tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 62 məktəbdə cari təmir işləri aparılıb. Ötən il region üzrə 7 məktəb tikilərək şagirdlərin istifadəsinə verilib.. Hazırda 20-dən ümumi təhsil müəssisəsində cari təmir işləri həyata keçirilir.

İdarənin tabeliyində fəaliyyət göstərən 8 məktəb binasının sökülərək yenidən tikilməsi prosesi hazırda davam etdirilir