Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba rayonu Çiçi kəndində yeni tədris ilinin başlanması münasibətilə istifadəyə verilən modul tipli məktəbin açılışı olmuşdur.

Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, müəllimlər və şagirdlər iştirak etmişlər.

Mərasimdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, müəllim və şagird heyətini yeni tikilən modul tipli məktəbin açılışı münasibətilə təbrik etmiş, ölkəmizdə həyata keçirilən təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, müasir infrastruktur və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi mövzularına toxunmuşlar.

Mərasimdə həmçinin şəhid anası Günəş Hacıyeva da çıxış edərək, yeni məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri təbrik etmiş və onlara uğurlar arzulamışdır.

Quba rayonu Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbinin 126 şagird yerlik binası 1 mərtəbədən ibarət olmaqla, 9 sinif otağı, müəllimlər otağı, kitabxana və direktor otağından ibarətdir. Məktəbin həyətində 24 x 12 metr ölçülərində mini meydança da quraşdırılmışdır.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ