Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba rayonu, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin İngilis dili müəllimi Lətifə Camalova, COP29 çərçivəsində Mavi zonaya xüsusi akkreditasiya olunmuşdur.
Səfər müddətində Lətifə Camalova ABŞ Dövlət Departamentinin səfiri Mark Libbinin və Birləşmiş Millətlər Təşkilatının bir çox plenar iclaslarına dəvət almış, həmçinin UNFD, OCE və digər təşkilatlar üçün müvafiq çıxışlar etmişdir.
Bundan əlavə, 14-18 noyabr 2024-cü il tarixlərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil edilən "Yaşıl məktəb" layihəsi çərçivəsində Çinli mütəxəssislərin 5 günlük təlimində iştirak etmişdir.





Yeni Şərh