Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər.
Xatırladaq ki, test imtahanında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.
Müsahibə mərhələsində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!
Yeni Şərh