Qusar rayon ümumtəhsil məktəblərinin rəhbərləri ilə sertifikatlaşdırmaya hazırlıq məqsədilə görüş keçirilib

19 fevral 2025-ci il tarixdə İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi Elvin Mehdizadənin, Qusar rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi İldırım Zeynalovun və Qusar rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin rəhbərlərinin iştirakı ilə 2025-ci ildə keçirilməsi nəzərdə tutulan təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı görüş keçirilmişdir.

Görüşdə təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı qanunvericiliyin tələbləri və müvafiq təlimatlar ümumtəhsil məktəblərinin rəhbərlərinin diqqətinə çatdırılmış, təhsilverənlərin sertifikatlaşdırması ilə əlaqədar direktorlar tərəfindən ünvanlanmış suallar cavablandırılmışdır.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #sertifikatlaşdırma