Qusar rayon ümumtəhsil məktəblərinin rəhbərləri ilə sertifikatlaşdırmaya hazırlıq məqsədilə görüş keçirilib

Qusar rayonu üzrə təhsil sektoru tərəfindən Qusar rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin rəhbərlərinin və müəllimlərin iştirakı ilə 2026-ci ildə keçirilməsi nəzərdə tutulan təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı görüş keçirilmişdir.

Görüşdə təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı qanunvericiliyin tələbləri və müvafiq təlimatlar ümumtəhsil məktəblərinin rəhbərlərinin diqqətinə çatdırılmış, təhsilverənlərin sertifikatlaşdırması ilə əlaqədar direktorlar tərəfindən ünvanlanmış suallar cavablandırılmışdır.