18 iyun tarixindən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.

İyunun 19-da dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam etdirilib.

Sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Qeyd edək ki, sertifikasiya prosesində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 1006 nəfər müəllim iştirak edəcək.

Sertifikatlaşdırmada iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq✨

#ElmVəTəhsilNazirliyi #ARTİ #MÜTDA #İRM #Müəllim #Sertifikatlaşdırma #EduAzİRM