Xaçmaz rayonunda müəllimlərlə görüş keçirildi

Xaçmaz rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində çalışan və cari tədris ilində sertifikasiya prosesinə cəlb olunacaq texnologiya, fiziki tərbiyə, təsviri incəsənət və musiqi fənn müəllimləri ilə görüş keçirilmişdir.

Görüş zamanı təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsi üzrə qiymətləndirmə çərçivəsi iştirakçılara təqdim olunmuş, həmçinin ixtisas müəllimlərini maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.