Noyabrın 22-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba şəhər Tələt Mikayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan şagirdlərin valideynlərinin məktəbə olan münasibətini müəyyən etmək üçün sorğu təşkil edilmişdir.
Eyni zamanda, valideynlərin iştirakı ilə görüş təşkil olunmuşdur. Görüş zamanı valideynlərlə tədris prosesinin keyfiyyəti müzakirə edilmiş, fənn müəllimləri tərəfindən şagirdlərin nəticələri təhlil edilmiş, qarşıda duran hədəflər haqqında ətraflı fikir mübadiləsi aparılmış, valideynləri maraqlandıran suallar cavablandırılmışdır.





Yeni Şərh