Noyabrın 20-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə Quba və Şabran rayonları üzrə ümumi təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüş təşkil edilmişdir.

Görüşün keçirilməsində məqsəd təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın təşkili və iş təcrübələrinin mübadiləsi olmuşdur.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ