Azadlığın Zəfəri” adlı tədbir keçirilib
7 noyabr 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar və peşə təmayüllü siniflər tərəfindən 8 Noyabr – Zəfər Gününün tarixi qələbəmizin 5 illiyi münasibətilə “Azadlığın Zəfəri” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin vəzifəli şəxsləri, rayon təhsil sektorlarının əməkdaşları, məktəb direktorları, müəllimlər, şagirdlər, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbir çərçivəsində məktəbdənkənar və peşə təmayüllü siniflərin hazırladıqları rəsm və əl işləri nümayiş olunmuşdur. Daha sonra məktəbdənkənar təhsil müəssisələrinin təqdim etdikləri rəqs və musiqi nömrələri, eləcə də şagirdlərin ifasında Zəfər Gününə həsr olunmuş şeir və ədəbi-bədii kompozisiyalar səhnələşdirilmişdir.
Sonda tədbir iştirakçıları Zəfər Gününün Azərbaycan tarixində mühüm rolunu vurğulayaraq şəhidlərimizin xatirəsini ehtiramla yad etmişlər.
Yeni Şərh