Siyəzən Rayon İcra Hakimiyyəti, Siyəzən rayonu üzrə təhsil sektoru, Siyəzən rayonu üzrə gənclər və idman sektoru, həmçinin Siyəzən Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 03 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Tədbirin əvvəlində iştirakçılar sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək 3 Dekabr – Beynəlxalq Əlillər Gününün əhəmiyyətindən və ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısından bəhs edib.

Sərgidən sonra şagirdlərin ifasında müxtəlif bədii kompozisiyalar, musiqi nömrələri və rəqs təqdimatları nümayiş olunub. Uşaqların hazırladıqları çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib.

Sonda bir qrup müəllim fəxri fərmanlarla təltif olunub.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ