Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Xaçmaz rayon Palçıqoba kənd tam orta məktəbinin binası yenidən inşa edilərək, yeni dərs ilinin ilk günündə şagird və müəllimlərin istifadəsinə verilib.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, təhsil işçiləri və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov yeni tədris ili münasibətilə şagirdləri təbrik edərək, onlara uğurlar arzulayıb və müasir təhsil proqramlarından istifadə edərək biliklərini artırmağa çağırıb. O, həmçinin Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən təhsil islahatlarının əhəmiyyətindən danışıb.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev də çıxış edərək, yeni dərs ilində şagirdlərə uğurlar diləyib və yaradılan şəraitin təhsildə irəliləyiş üçün önəmli olduğunu vurğulayıb. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev isə ölkədə aparılan təhsil islahatlarının mühüm töhfələr verdiyini qeyd edib.

Daha sonra iştirakçılar yeni istifadəyə verilmiş İstisu tam orta məktəbi ilə tanış olublar. Üçmərtəbəli, iki korpusdan ibarət məktəb, 360 şagird yerlikdir və müasir sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, idman və akt zalları ilə təmin olunmuşdur.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ