Xaçmazda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

30 may 2025-ci il tarixində Xaçmaz rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbir Xaçmaz Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilmişdir.

Bayram tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təhsil işçiləri, valideynlər və çoxsaylı şagirdlər iştirak ediblər.

Tədbir çərçivəsində məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub. Gənc istedadların təqdim etdiyi rəsm əsərləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bununla yanaşı, məktəblilər tərəfindən hazırlanan rəngarəng musiqi və rəqs nömrələri səhnədə nümayiş etdirilib.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ