Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə yarımfinal mərhələsində iştirak hüququ qazanmış şagirdlərin təhsil aldığı ümumi təhsil müəssisələrinin rəhbərləri və fənn müəllimləri ilə silsilə görüşlərə başlanılmışdır.
Yanvarın 17-də Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Quba rayonu üzrə yarımfinal mərhələsində iştirak hüququ qazanmış bəzi şagirdlərin təhsil aldığı ümumi təhsil müəssisələrinin rəhbərləri və fənn müəllimləri ilə növbəti mərhələdə iştiraklarına dəstək məqsədilə görüş keçirilmişdir.
Görüş 20 Yanvar faciəsinin otuz beşinci ildönümünün anım mərasimi ilə başlamışdır.
Tədbir zamanı Olimpiadanın növbəti mərhələsi üçün hazırlıq prosesi müzakirə edilmiş, məktəb rəhbərləri və müəllimlərə bu istiqamətdə tövsiyələr verilmiş, həmçinin onları maraqlandıran suallar cavablandırılmışdır.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #20yanvar #RFO





Yeni Şərh