“Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı

20 dekabr 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika Uşaq Yaradıcılıq Müsabiqəsində qalib gələn Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin şagirdlərinin mükafatlandırma mərasimi baş tutmuşdur.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin rəisi, polkovnik Fuad İlyasov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin şagirdləri iştirak etmişlər.

Müsabiqə çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrindən ümumilikdə 80 əl işi təqdim olunmuş, onlardan 45-i müsabiqə komissiyasına göndərilmişdir. “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin yekunlarına əsasən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə təhsil alan 1 şagird müsabiqənin qalibi olaraq I yerə, beş şagird isə III yerə layiq görülmüş, dörd şagird isə müsabiqədə fəal iştiraklarına görə təltif olunmuşdur.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ