ℹ“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

26 noyabr 2025-ci il tarixində Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilmişdir.

Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin inzibati-təşkilat sektoru və Quba rayon təhsil sektorunun əməkdaşları, həmçinin idarənin tabeliyində fəaliyyət göstərən Quba rayonu üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak etmişlər.

Görüş zamanı ümumi təhsil müəssisələrinin rəhbərlərinə korrupsiyanın cəmiyyətə və dövlət idarəçiliyinə vurduğu mənfi təsirlər barədə məlumat verilib, şəffaflıq, ədalətlilik və məsuliyyətlilik kimi dəyərlərin əhəmiyyəti vurğulanıb.

Tədbir iştirakçıları korrupsiya hallarının qarşısının alınması üçün vətəndaş mövqeyinin önəmini qeyd edib, mövzu ilə bağlı praktiki nümunələr və məsləhətlər təqdim olunub.

Görüşdə ümumi təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb. İştirakçılar korrupsiyaya qarşı mübarizədə maariflənmənin, şəffaf idarəçiliyin və sosial məsuliyyətin vacibliyini bir daha vurğulayıblar.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ