Quba-Xaçmaz Regional Təhsil İdarəsində Kadr Dəyişikliyi
Quba-Xaçmaz Regional Təhsil İdarəsində yeni kadr təyinatı həyata keçirilib. İdarənin İnzibati təşkilat sektoru müdiri vəzifəsinə Heybətov Fikrət Heybət oğlu təyin olunmuşdur.
Fikrət Heybətov bu təyinata qədər Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra etmişdir.
Eyni zamanda, Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə Sultanov Elşad Səfər oğlu təyin edilmişdir.





Yeni Şərh