ℹ️ Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirildi

🟢 28 yanvar 2026-cı il tarixində Xaçmaz rayonunda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayonu üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir.

🟢 Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Tədrisin Keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev və Regional Təhsil İdarəsinin əməkdaşları iştirak etmişdir.

🟢 Görüşdə ümumi təhsil müəssisələrində son dövr ərzində təlim nəticələrinin vəziyyəti təhlil olunmuş, əldə edilən göstəricilər, mövcud çətinliklər və onların həlli istiqamətində görülməsi zəruri olan tədbirlər ətrafında müzakirələr aparılmışdır. Bununla yanaşı, qarşıda duran prioritet və strateji hədəflər diqqətə çatdırılmışdır.

🟢 Eyni zamanda şagirdlərin fənn olimpiadalarında və müxtəlif intellektual yarışlarda iştirak səviyyəsi, əldə olunan nəticələrin yüksəldilməsi məqsədilə həyata keçirilən və planlaşdırılan fəaliyyətlər barədə məlumat verilmişdir. Təqdim olunan analitik materiallar əsasında iştirakçılar arasında geniş fikir mübadiləsi aparılmışdır.

🟢 Görüşün yekununda təlim keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi və idarəetmədə nəticəyönümlü yanaşmanın gücləndirilməsi məqsədilə konkret tədbirlər müəyyənləşdirilmiş, bu tip görüşlərin mütəmadi keçirilməsi və hesabatlılığın artırılması ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ