Ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirilib
Oktyabrın 7-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri tərəfindən idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.
Görüşün əsas məqsədi IV, VI və IX siniflərdə diaqnostik qiymətləndirmənin təlimata müvafiq təşkili, təhlili, qarşıda duran hədəflərin müəyyənləşdirilməsi, məktəblərin və siniflərin güclü və zəif tərəflərinin aşkar edilməsi, eləcə də şagird təhlükəsizliyinin təmin edilməsi olub.
Sonda məktəb direktorlarının fikirləri dinlənilib, sualları cavablandırılıb.
Yeni Şərh