7-8 və 14-15 fevral 2025-ci il tarixlərində Gənclər İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən Respublika Olimpiya Mərkəzində 2008-2009 və 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Atletika üzrə ölkə birinciliyi keçirilmişdir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu Dağlı kənd tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi və Atletika Federasiyasının məşqçi-müəllimi Vüqar Atayevin rəhbərliyi ilə Quba rayonu Atletika komandası da bu yarışda iştirak etmişdir
Quba rayonu Atletika komandası uğurlu nəticələr əldə edərək ölkə birinciliyinə vəsiqə qazanmışdır. Komandanın tərkibində Quba rayonu Dağlı kənd tam orta ümumtəhsil məktəbinin iki şagirdi, Elvin Mirzəxanov və Əhməd Malibəyov Quba rayonu Qaraçay qəsəbə tam orta ümumtəhsil məktəbinin üç şagirdi Polad Kuçiyev, Nihat Qardaşəliyev, Əli Məhərrrəmov, Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin şagirdi Aynur Əliyeva, Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Gülay Süleymanova iştirak edir.
Yeni Şərh