“Məktəblilər arasında respublika çempionatı”nın badminton üzrə zona mərhələsi keçirilib

08 dekabr 2025-ci il tarixində Quba rayonu, Zəki Kərimov adına I Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə “Məktəblilər arasında respublika çempionatı”nın badminton idman növü üzrə zona mərhələsi keçirilib.

Çempionat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilir. Yarışın məqsədi məktəblilərin fiziki hazırlığını gücləndirmək, sağlam həyat tərzini təbliğ etmək və şagirdlər arasında idmana marağı artırmaqdır.

Azərbaycan Badminton Federasiyasının təyin etdiyi hakimlər heyətinin idarə etdiyi yarışda 2014-2015-ci il təvəllüdlü şagirdlər mübarizə aparıblar.

Zona mərhələsinin nəticələrinə əsasən, qalib adını Qusar rayonu Eldar Əliyarov adına Çiləgir kənd tam orta ümumtəhsil məktəbinin komandası qazanaraq Respublika mərhələsinə vəsiqə əldə edib. Digər yerləri müvafiq olaraq Quba rayonu Hacıqaib kənd tam orta ümumtəhsil məktəbi və Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin komandaları tutublar. Zona mərhələsində I, II və III yerlərə layiq görülən komandalar diplom və hədiyyələrlə təltif olunublar.

“Məktəblilər arasında respublika çempionatı”nın final mərhələsində qaliblər kubok, medal, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaq.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ