“Məktəblilər arasında respublika çempionatı”nın basketbol idman növü üzrə rayon və zona mərhələləri davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən yarışların nəticələrinə əsasən, final mərhələsində iştirak hüququ qazanan qız və oğlan məktəblilərdən ibarət 14 basketbol komandası paytaxtda baş tutacaq yekun mərhələdə mübarizə aparacaq. Olimpiya sistemi ilə keçirilən yarışlar Azərbaycan Basketbol Federasiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur.

Qeyd edək ki, çempionatın məqsədi ümumi təhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, həmçinin məktəblilər arasında sağlam və aktiv həyat tərzinin təşviq olunmasıdır.

#MÜTDA #EduAz