Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında basketbol idman növü üzrə region birinciliyi keçirilmişdir.

Yarışın əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, basketbol idman növünə marağın artırılması, komanda işi bacarıqlarının inkişaf etdirilməsi və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili olmuşdur. Regionun müxtəlif rayon və şəhərlərini təmsil edən komandaların iştirakı ilə keçirilən yarışlar böyük maraq və yüksək rəqabət şəraitində keçmişdir.

İdman mübarizəsi nəticəsində oğlanlar arasında:

 I yer – Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey

 II yer –Quba rayonu Birinci Nügədi kəndi Zəki Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

 III yer –Şabran şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbi

Qızlar arasında isə:

 I yer – Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey

 II yer – Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbi

Yarışın sonunda qalib komandalar diplomlarla mükafatlandırılmış, iştirakçı şagirdlər isə nümayiş etdirdikləri idman bacarıqları, əzmkarlıqları və komanda ruhuna görə təqdir olunmuşlar.

Region birinciliyi məktəblilər arasında basketbolun inkişafına, sağlam rəqabət mühitinin formalaşdırılmasına və idmanın kütləviliyinin artırılmasına töhfə vermişdir.