Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) gənclər arasında çıxış edən milli komandamızın üzvü, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinin idmançısı Humay Dadaşova (46 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

#MUTDA #EduAz #QubaXaçmazRTİ