24-29 dekabr tarixlərində Bakı şəhərində Fövqaladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda taekvondo idman növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatı keçirilmişdir.
Yarışda iştirak edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəaliyyətində olan Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin taekvondoçuları böyük uğura imza atmışlar.
Belə ki, yeniyetmələrin yarışında Gülşən Ağayeva (41 kq) bürünc medal, Nicat Nadirov (41 kq) qızıl medal, Telman Mirzəyev (37 kq) isə bürünc medal qazanmışdır.
Gənclərin ölkə birinciliyində Humay Dadaşova (46 kq) gümüş, Məryəm Cəfərova (44 kq) bürünc medala layiq görülmüşdür.
Böyüklərin Azərbaycan çempionatında Səyyad Dadaşov (54 kq) qızıl, Xanlar Xanəhmədov (74 kq) bürünc, Mehriban Ramazanova (57 kq) bürünc medal qazanmışdır.





Yeni Şərh