Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında voleybol idman növü üzrə region birinciliyi keçirilmişdir.

Yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, komanda ruhunun formalaşdırılması və şagirdlərin asudə vaxtının səmərəli təşkili olmuşdur. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda oğlan və qız komandaları qalibiyyət uğrunda mübarizə aparmışlar.

Oğlanlar arasında:

 I yer – Xaçmaz şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbi

 II yer – Siyəzən şəhəri Şirin İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi

 III yer – Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi

Qızlar arasında:

 I yer – Quba rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey

 II yer – Xaçmaz şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbi

 III yer – Siyəzən şəhəri Şirin İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi

Qalib komandalar diplomlarla təltif olunmuş, iştirakçılar isə göstərdikləri yüksək idman bacarığı və əzmkarlığa görə təqdir edilmişlər. Region birinciliyi məktəblilər arasında idmanın inkişafına və sağlam rəqabət mühitinin formalaşmasına mühüm töhfə vermişdir.