Şabranlı stolüstü tennisçi Ginnes rekorduna imza atdı
Şabran rayonundan olan stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin baş məşqçi-müəllimi Zakir Cavadovun yetirməsi olan Nihad Məmmədov stolüstü tennis topunu uzaq məsafədən oyuna daxil etmə üzrə qeydə alınan dünya rekordunu yeniləyib.
Qeyd edək ki, əvvəlki rekord türkiyəli idmançı Osman Gürcüyə məxsus olub və 16,70 metr təşkil edib. N. Məmmədov isə bu göstəricini 17 metrə çatdıraraq yeni dünya rekorduna imza atıb.
İdmançımızı və onun məşqçisini bu uğur münasibətilə təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq.
Onu da qeyd edək ki, Şabran Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin stolüstü tennis dərnəyinin 8 yetirməsi Azərbaycan yığma komandasının üzvləridir.
Yeni Şərh