Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nicat Nadirov, 8-9 mart 2025-ci il tarixlərində Niderlandın Eyndhoven şəhərində keçirilən taekvondo idman növü üzrə 52-ci Açıq Niderland Çempionatında qızıl medal qazanmışdır.

Eyni zamanda, Nicat Nadirov 15 mart 2025-ci il tarixində Belçikanın Lommel şəhərində baş tutacaq Açıq Belçika Çempionatına hazırlaşır.

Şagirdimizi təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayırıq!

#MÜTDA #EduAz #QubaXaçmazRTİ