“Üzməyi öyrənək” layihəsinin VII mərhələsinə start verilib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Üzməyi öyrənək” layihəsinin VII mərhələsinə start verilib. Layihə çərçivəsində 1-8-ci sinif şagirdləri üçün nəzərdə tutulan ödənişsiz üzgüçülük təlimləri 1 ay davam edəcək və ümumilikdə 12 dərsi əhatə edəcək.
Təlimlər ölkənin 25 idman obyektində – Ağcabədi, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Goranboy, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qusar, Lənkəran, Saatlı, Salyan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Neftçala, Zaqatala Olimpiya İdman Komplekslərində və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, layihə uşaqlara üzmə bacarıqlarının aşılanması, suda təhlükəsizlik vərdişlərinin formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və üzgüçülük idman növünə marağın artırılması məqsədi daşıyır.
Yeni Şərh