Ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilir

Bədən tərbiyəsi və İdman həftəsi münasibətilə 2–5 mart tarixlərində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə silsilə tədbirlərə start verilib. Həftənin ilk günü – 2 mart tarixində şagirdlər üçün kütləvi səhər gimnastikası keçirilib.

Tədbirlər çərçivəsində idman növləri və idmançıların yarışa hazırlığının psixoloji yanaşması mövzuları müzakirə olunub. Şagirdlərə müxtəlif idman növlərinin xüsusiyyətləri, fiziki və taktiki tələbləri barədə məlumat verilib.

Təşəbbüsün əsas hədəfi uşaqlarda idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və gündəlik fiziki aktivliyin əhəmiyyətinin aşılanmasıdır. İdman həftəsi çərçivəsində növbəti günlərdə yarışlar, maarifləndirici söhbətlər və digər idman yönümlü tədbirlər davam etdiriləcək.